İlham Əliyev Zelenskini Bakıya DƏVƏT ETDİbackend

İlham Əliyev Zelenskini Bakıya DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. 

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiha ilə görüşüb: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*