Hərbçimiz qəzada həlak oldu – 4 yaralı var + ADLARbackend

Hərbçimiz qəzada həlak oldu - 4 yaralı var + ADLAR

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.

“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – deyə MN-dən bildirilib.

Adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Nəsibov Elvin İxtiyar oğlu

Vəzirzadə Xəzər Hilal oğlu

Babayev Mehman Cəfərqulu oğlu

Novruzov Müslüm Mürsəl oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*