Moskva Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılaşmanı gözləyir.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Azərbaycan prezidenti İlham Əliyevlə təmaslar hazırlanmır, lakin lazım gələrsə, baş tutacaq.
“Biz prezident Putinlə baş nazir Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılığı gözləyirik. Bu söhbət baş verən kimi sizə məlumat verəcəyik”, – Peskov deyib.
Azərbaycan prezidenti İlham Əliyev ilə belə bir söhbətin hazırlanıb-hazırlanmadığı sualına cavab olaraq, Peskov “Hələ yox” deyib. “Əlaqələr iş səviyyəsində davam edir, zərurət yaranarsa, təbii ki, belə bir söhbət də ola bilər”.
Ariz Həsənoğlu,
KONKRET.az
