İqlim dəyişikliyi hər il 38 trilyon dollara başa gələ bilərbackend

İqlim dəyişikliyi hər il 38 trilyon dollara başa gələ bilər

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Nature” jurnalı yazır.

Qeyd olunur ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər. İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanır. Əsas təhlükə təbii fəlakətlərin – meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.

Həmçinin, Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən daha çox ciddi problemlərlə üzləşəcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*