İran Prezidenti Pakistana səfər edəcəkbackend

İran Prezidenti Pakistana səfər edəcək

İran Prezidenti İbrahim Rəisi aprelin 22-24-də Pakistanda rəsmi səfərdə olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Rəisini xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, biznes nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində İran Prezidenti pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*