İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir – SƏBƏBbackend

İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir - SƏBƏB

Bu gün İran xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər edəcək.

KONKRET.az-a bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin üçtərəfli iclasında iştirak edəcək.

Bakıya 3 günlük səfər çərçivəsində İran xarici işlər nazirinin müavini və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*