İti Defne Bələdiyyəsi tutub və müşahidə ediblər. Hücum edən it aprelin 23-də karantində olarkən ölüb. Heyvanın ölüm səbəbi quduzluq şübhəsi kimi qeydə alınıb.
İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən itdən götürülən nümunə Adana Baytar Nəzarət İnstitutu Müdirliyinə göndərilərək analiz edilib. Adanada aparılan analizlər nəticəsində aqressiv itin quduz olduğu müəyyən edilib. Müvafiq qaydalara və qərarlara uyğun olaraq bütün qurumlar tərəfindən koordinasiyalı şəkildə prosedurlara başlanılıb.
Bu çərçivədə quduzluq xəstəliyinin mərkəzi olan Meydancık Məhəlləsi və ona bitişik Güneysöğüt Mahalına heyvanların giriş-çıxışı qadağan edilib. Xəstəliyin müşahidə edildiyi bölgələrdə Defne Bələdiyyəsi və Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən peyvənd edilib-edilməməsindən asılı olmayaraq, bütün Defne mahalında, xüsusən də quduzluqdan şübhələnən ərazidə sahibsiz pişik, it və vəhşi heyvanların toplanması qərara alınıb.