Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarıldı – VİDEObackend

Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarıldı - VİDEO

Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyaya məxsus “Podlyot” səyyar radiolokasiya stansiyası sıradan çıxarılıb.

KONKRET.az xəbər verir ki, əməliyyatı adı çəkilən ölkənin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.

Nəticədə stansiyanın anten-fider sistemi yararsız hala düşüb.

Rusiyada silahlanmaya 2015-ci ildə qəbul edilən və qiyməti 5 milyon ABŞ dollarından artıq olan bu qurğudan hədəflərin aşkarlanaraq, “S-300/S-400” zenit-raket komplekslərinə ötürülməsində istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*