Baş nazir çörək daşıdı – VİDEObackend

Baş nazir çörək daşıdı - VİDEO

Slovakiya Baş naziri Robert Fitso 1 May Əmək Günü münasibətilə gecə növbəsində çörək zavodunda yükdaşıyan işləyib.

KONKRET.az xəbər verir ki, o, çörək istehsalı müəssisəsində gecə növbəsinə çıxaraq hazır məhsulların Trençin bölgəsinə çatdırılmasına kömək edib.

Fitso bildirib ki, bu cür iş sürücülərin yükünü azaldır və logistikanı asanlaşdırır.

Baş nazir həmçinin minimum əməkhaqqının artırılmasını təklif edib və Slovakiyada gecə işinin geniş yayıldığını deyib. Bildirib ki, ölkədə işçi qüvvəsinin təxminən 11%-i gecə növbələrində çalışır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*