Trampın təzyiqi və neft nəhənglərinin “yox” cavabıbackend

Trampın təzyiqi və neft nəhənglərinin "yox" cavabı

“Financial Times” nəşrinin yaydığı məlumata görə, ABŞ-ın enerji nəhəngləri “ExxonMobil” və “Chevron” qlobal enerji böhranı fonunda neft hasilatını artırmaq üçün prezident Donald Trampın göstərdiyi təzyiqlərə müqavimət göstərirlər. İranla baş verən müharibə və gərginlik səbəbindən yanacaq qiymətlərinin kəskin artmasına baxmayaraq, hər iki şirkət öz strateji kurslarını dəyişməyəcəklərini bəyan ediblər.

KONKRET.az xəbər verir ki, şirkət rəhbərliyi qısamüddətli hasilat sıçrayışları əvəzinə, uzunmüddətli mənfəət və sabit pul axınına fokuslanan mövcud strategiyalarına sadiq qalacaqlarını bildiriblər. Rəhbər şəxslər tədarük zəncirindəki hazırkı qırılmaların çox qısamüddətli olduğunu və belə bir vəziyyətdə istehsalat planlarında köklü dəyişikliklər etməyin iqtisadi cəhətdən özünü doğrultmadığını vurğulayıblar. Eyni zamanda qeyd olunub ki, neft hasilatını texniki baxımdan çox qısa zaman kəsiyində kəskin şəkildə artırmaq onsuz da mümkün deyil. Bu səbəbdən şirkətlər Trampın qiymətləri aşağı salmaq cəhdlərinə rəğmən, ehtiyatlı davranaraq hasilatı artırmaq əvəzinə, yüksək qiymətlər şəraitində neft emalı zavodlarının tam gücü ilə işlədilməsinə üstünlük verirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*