Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…backend

Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək...

Paytaxtın küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.

Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Belə ki, 4 nömrəli marşrut («Nəriman Nərimanov” m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti;

20 nömrəli marşrut (Uşaq Klinik Xəstəxanası istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi – Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq). Əks istiqamətdə isə Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq) – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti;

61 nömrəli marşrut (9-cu mikrorayon istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

83 nömrəli marşrut (“Gənclik” m/st istiqaməti): Səməd Vurğun küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları – Abbasqulu ağa Bakıxanov küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Vaqif prospekti. Əks istiqamətdə isə Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

85 nömrəli marşrut (“28 May” m/st istiqaməti): Azadlıq prospekti – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti. Əks istiqamətdə isə – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi;

88 nömrəli marşrut (“Dərnəgül” m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti;

88A nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqaməti): Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*