İsrail Cənubi Azərbaycanı birbaşa hədəfə alsa, nələr baş verəcək? – SENSASİON MƏQAMLARbackend

İsrail Cənubi Azərbaycanı birbaşa hədəfə alsa, nələr baş verəcək? - SENSASİON MƏQAMLAR

Yaxın Şərqdə gərginliyin artması və İsrail-İran qarşıdurmasının genişlənməsi Cənubi Azərbaycanı da təhlükə altında qoya bilər.

Maraqlıdır, müharibənin Cənubi Azərbaycana da sıçraması Azərbaycan Resoublikası üçün hansı təhlükələr vəd edir?

Mövzunu KONKRET.az-a siyasi şərhçi Cavanşir Abbaslı şərh edib:

Cavanşir Abbaslı

“İsrail və İran arasında baş verən hərbi toqquşmaların Cənubi Azərbaycana yayılması ehtimalı az qiymətləndirilir. İran da bu bölgənin Azərbaycan üçün nə qədər strateji və emosional əhəmiyyət daşıdığını çox yaxşı anlayır. Cənubi Azərbaycanın tarixi, mədəni və siyasi baxımdan Azərbaycan üçün əhəmiyyətindən xəbərdar olan Tehran rəhbərliyinin bu faktorları nəzərə almaması inandırıcı görünmür.
Bununla belə, bölgədə gedən hərbi əməliyyatlar çərçivəsində ballistik raketlərin təsadüfən Cənubi Azərbaycan ərazisinə düşməsi istisna olunmur. Qeyd edək ki, daha əvvəl Təbrizə bir neçə dəfə raket zərbələri endirildiyi iddia olunmuşdu. Lakin İsrailin birbaşa Cənubi Azərbaycanı hədəfə alması ehtimalı reallıqdan uzaq sayılır”.

Politoloq bildirib ki, İsrail müharibəni ehtiyatla və kontrollu şəkildə sona çatdırmağa çalışacaq. Azərbaycan-İsrail əlaqələri yaxın və tərəfdaşlıq xarakteri daşıyır. Bu baxımdan, İsrailin belə bir həssas bölgəyə qəsdən zərbə endirəcəyi versiyası real hesab olunmur:

“Hərbi qarşıdurmanın uzunmüddətli olacağı da gözlənilmir. Hücumlar maksimum bir həftəyə qədər davam edə bilər və sonra tərəflər əvvəlki mövqelərinə geri dönəcəklər. Lakin budəfəki müharibənin əvvəlkilərdən ciddi şəkildə fərqləndiyi də qeyd edilir. Xüsusilə, İranın İsrailə verdiyi cavabın bu qədər sərt və birbaşa olması əvvəlki dövrlərdə müşahidə olunmamışdı”.

Cavanşir Abbaslı əlavə edib ki, regionda baş verən toqquşmaların birbaşa Cənubi Azərbaycanı hədəfə alması inandırıcı deyil. Bununla belə, istənilən hərbi münaqişə kontekstində ehtiyatlılıq və diqqətlilik vacib amil olaraq qalır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*