İsrailin Qüds şəhərindəki David rayonu yaxınlığında növbəti dəfə atışma olub.
KONKRET.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, 13 yaşlı yeniyetmədir.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, hücum edənin şəriklərinin axtarışı davam edir.
