İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?backend

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib”.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krosetto “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.

“Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğunu demişik və bunu da edirik”, – deyə o bildirib.

Avropa kontingentinin Ukraynaya göndərilməsindəki iştirakla bağlı suala Krosetto birmənalı şəkildə cavab verib.
“Qətiyyən yox. Buna heç kim şübhə edə bilməz!” – deyə o qeyd edib.

“Bizim birbaşa iştirakımız üçün hər hansı bir şərt yoxdur”, – deyə İtaliyanın müdafiə naziri fikrini yekunlaşdırıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*