Honq-Konqda JPEX kriptovalyuta birjasında pul itkisindən zərər çəkənlərin ümumi sayı 2086 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə RTHK radiostansiyası məlumat yayıb.
Məlumata görə, polis bu iş üzrə yaşı 25-32 arasında olan daha üç kişini saxlayıb. Şübhəlilərin ümumi sayı 11 nəfərə yüksəlib. Bununla belə, polis növbəti həbslərin mümkünlüyünü də istisna etmir.
Səlahiyyətlilərin son açıqlamalarına görə, çatışmayan vəsaitlərin ümumi məbləği 1,3 milyard Honq Konq dollarına (təxminən 166,6 milyon dollar) çatıb.
Sentyabrın 13-də Honq-Konq Qiymətli Kağızlar və Fyuçers Komissiyası məlumat verdi ki, virtual aktiv ticarət platforması JPEX şəhərdə fəaliyyət göstərmək üçün lisenziya alması barədə öz reklamlarında yalan danışır.
Səlahiyyətlilərə görə, təcavüzkarlar insanları JPEX-də kriptovalyuta aktivlərinə pul yatırmağa təşviq edərək, onlara yüksək gəlir faizi vəd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
