Kaçinskinin təyyarəsində partlayış olmayıb – Polşa prokurorluğubackend

Kaçinskinin təyyarəsində partlayış olmayıb - Polşa prokurorluğu

Polşa prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğrayan prezident Lex Kaçinskiyə məxsus Tu-154 təyyarəsinin göyərtəsində partlayış olması versiyasını təsdiqləmir. 

KONKRET.az xəbər verir ki, bu barədə  PAP agentliyi həlak olanlardan birinin qohumuna istinadən məlumat yayıb.

“Prokurorluğun məlumatına görə, hələ yekun olmasa da, heç bir partlayış baş verməyib”, – Pavel Dereş həlak olanların ailə üzvləri ilə şöbədə keçirilən görüşdən sonra deyib.

Mütəxəssislərin işi son mərhələdədir, ekspert rəyi avqustda dərc olunacaq.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya Kaçinskaya və yüksək vəzifəli şəxsləri daşıyan təyyarə 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk havanlimanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü ölüb. Onlar Katın faciəsinin 70-ci ildönümü tədbirlərində iştirak etmək məqsədilə Smolenskə gedirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*