Kartof və soğanın qiyməti niyə bahadır? – Səbəb AÇIQLANDIbackend

Kartof və soğanın qiyməti niyə bahadır? - Səbəb AÇIQLANDI

“Ölkədə soğan və kartofun çatışmazlığı müşahidə olunur. Yəni, tələb yüksək olsa da, təklif kifayət qədər deyil. Bu səbəbdən də qiymətlər dalğalanır. Hazırda ölkədə kifayət qədər kartof və soğan istehsal edilmir. Üstəlik, bu il məhsul yığımı hava şəraitindən asılı olaraq həm gecikib, həm də məhsuldarlığa mənfi təsir göstərib”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq" - Akif Nəsirli

“Xüsusilə, hava şəraiti kartofun məhsuldarlığına ciddi təsir etməsə də, soğanın inkişafına mənfi təsir edib. Davamlı yağan yağışlar sahələrdə inkişafdan qalan soğanları isladıb, nəticədə bir hissəsi çürüyüb. Bu isə ümumi məhsuldarlığın azalmasına və yığım prosesinin ləngiməsinə səbəb olub. Nəticədə bazara çıxarılan məhsulun həcmi azalıb”.

A.Nəsirli qeyd edib ki, sadalanan səbəblərdən hazırda kartof və soğanın qiyməti yüksək olaraq qalır.

“Əslində, adətən aprel ayında bu məhsulların qiyməti enir, lakin bu il bazarın tələbatı hələ tam ödənilmədiyindən, ucuzlaşma müşahidə olunmur. Digər tərəfdən, hər il əvvəlki illə müqayisədə qiymətlər inflyasiyaya məruz qalır və ümumilikdə bazarda qiymət artımı müşahidə edilmir. Bu səbəbdən də gözləmək düzgün olmaz ki, soğan və kartof qiymətləri keçən ilki səviyyəyə qədər ucuzlaşacaq. Qiymətlərdə müəyyən enmə baş verəcək, lakin bu, ötən ilki qədər olmayacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*