“Keçmişdə Rusiya bizə hətta pulsuz silah verirdi” – Akopyanbackend

“Keçmişdə Rusiya bizə hətta pulsuz silah verirdi" - Akopyan

“Əvvəllər Rusiya bizə silahları çox yaxşı və böyük məmnuniyyətlə satırdı, nəinki satırdı, hətta pulsuz verirdi”

KONKRET.az xəbər verir ki, bunu “Pastinfo”ya müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan Paşinyanın Ermənistanın müttəfiqi olan Rusiyanın İrəvana silah satmaması ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

Niyə bu halda Ermənistan silah almaq üçün başqa ölkələrə üz tutmur sualına Akopyan belə cavab verib:

“Bunu edəndən soruşun, mən etmirəm, silah alandan soruşun, onların müzakirələrində iştirak etmirəm. …Silahlar, münasibətdə olduqları və etibar etdikləri şəxslərə satılır”.

Movses Akopyan jurnalistin bu, Ermənistana inamın olmaması deməkdirmi sualına isə…:

“Dedim ki, güvəndikləri ölkələrə satırlar” – deyə aydınlıq gətirib.

Bu gün Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Ermənistana silah verilməsinin qarşısını almağa çalışır. Onun sözlərinə görə, bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqləri ilkin sifariş verilmiş yüz milyonlarla dollarlıq silahı tədarük etməkdən imtina ediblər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*