“Kirayə verilən” qadın bətni: Azərbaycanda daşıyıcı analıq qanunidir?backend

"Kirayə verilən" qadın bətni: Azərbaycanda daşıyıcı analıq qanunidir?

“20-30 yaşlı xanımlar, follekul donoru olaraq 400-dən 700 manatadək pul qazana bilərsiniz”. Bu kimi elanlar sosial şəbəkələrdə daşıyıcı və ya surroqat ana olmaq üçün təklif edilir.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə qadın sonsuzluğunun sayında artım var. Qadın sonsuzluğu diaqnozu təyin edilən xəstələrin sayı 2022-ci ildə 1 688, 2023-cü ildə isə 2 026 nəfər olub.

Bu halda bəzi şəxslərin müalicələri və süni mayalanma yolları da uğursuzluqla nəticələnibsə, valideyn olmaq üçün ən son çıxış yolunu 3-cü şəxsin köməyində görürlər. Yəni bir qadının uşaqlığı olduğu halda yumurtalıqları fəal deyilsə, övlad dünyaya gətirə bilmir. Bununla da genetik ana yumurtası ilə genetik ata spermasından mayalanan 3-5 günlük rüşeym uşağı dünyaya gətirməyə razı olan surroqat ananın uşaqlığına yerləşdirilir. Körpə dünyaya gələndən sonra bioloji valideynlərinə təhvil verilir.

Bəs bu, qanunla tənzimlənirmi?

Hüquqşünas Hikmət Əliyev bununla bağlı qanunvericilikdə boşluqların olduğunu deyir:

“Ailə Məcəlləsində surroqat ana ifadəsi olsa da, prosesi tənzimləyən norma yoxdur. Surroqat ana, uşağın sonrakı həyatı və bunu tənzimləyən reproduktiv sağlamlıq haqqında qanun qəbul edilmədiyi üçün məsələ açıq qalır”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*