KİV: “Almaniya Ukraynaya kəşfiyyat məlumatı verir”backend

KİV: "Almaniya Ukraynaya kəşfiyyat məlumatı verir"

Almaniya Ukraynanı Rusiya ordusunun hərəkəti ilə bağlı kəşfiyyat məlumatları ilə təmin edir. 

KONKRET.az xəbər verir ki, bu barədə “Zeit Online” nəşri yazıb.

Bildirilib ki, kəşfiyyat məlumatlarının verilməsi ilə bağlı qərar Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) müraciətindən sonra may ayında kansler Olaf Şolts tərəfindən qəbul edilib.

Məlumata görə, Almaniya Ukraynaya BND tərəfindən ələ keçirilən peyk şəkilləri, radio və telefon mesajları göndərir.

Hüquqşünaslar belə qənaətə gəliblər ki, bu cür məlumatların ötürülməsi qanuna uyğundur və Almaniyanın hərbi münaqişəyə girməsi demək deyil.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*