Kürdəmirdə “KamAZ” aşıb: Ölən varbackend

Kürdəmirdə "KamAZ" aşıb: Ölən var

Kürdəmirdə “KamAZ” markalı yük maşını aşıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü 1964-cü il təvəllüdlü İntiqam İsrayıl oğlu Qələndərov Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı beton lövhəyə çırpılıb, sonra əks yola çıxaraq aşıb.

Hadisə zamanı ağır xəsarət alan İ.Qələndərov təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*