Lavrov jurnalistin sualına komplimentlə cavab verdi – “Gözəl libasınız var” / VİDEObackend

Lavrov jurnalistin sualına komplimentlə cavab verdi - “Gözəl libasınız var” / VİDEO

BMT Təhlükəsizlik Şurasının iclasının birinci hissəsi başa çatdıqdan sonra maraqlı anlar yaşanıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın Baş katibi Antonio Quterreşlə görüşə gedib.

Həmin vaxt “Reuters”in müxbiri Lavrova taxıl sövdələşməsi ilə bağlı sual verib. Lakin Rusiya XİN başçısı qadın jurnalistin qarşısında dayanıb və onun geyiminə münasibət bildirib.

“Gözəl libasınız var”, – deyə jurnalistin sualına komplimentlə cavab verib.

Başqa bir jurnalist də Rusiyada casusluqda ittiham olunan “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçlə bağlı sual verməyə çalışsa da, Lavrov ona da cavab verməyib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*