Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldırbackend

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Ermənistan Azərbaycanla sərhəd bölgəsindəki silah anbarlarını bağlayır.

KONKRET.az publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası Barana (Noyemberyan) bölgəsindəki bir neçə sərhəd kəndində yerləşən anbarların artıq bağlandığını yazır.

“Hraparak” nəşri bildirir ki, kəndlərdə kişilərin adlarına qeydiyyatda olan onlarla silah anbarlarda saxlanılırdı:

“Hər kənddə 4 sakin silah anbarında növbətçilik edir, buna görə maaş alırdı. Bir neçə gün əvvəl həmin silah anbarları bağlandı və silahlar Noyemberyan hərbi hissəsinə aparıldı. Hakimiyyət buna səbəb kimi Azərbaycanla sülhün əldə edilməsini göstərir. Qeyd edirlər ki, sülh əldə edildiyi üçün artıq sərhəd kəndlərində əhalinin adına qeydiyyatdan keçmiş silahları saxlamağa ehtiyac yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*