Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qida yüksək protein, B12 vitamini və bədən tərəfindən asan mənimsənilən dəmir anbarıdır.
KONKRET.az xəbər verir ki, dalaq qaraciyər və ürəyin ləzzətini xatırladan intensiv ətri və yüngül şirin dadı ilə fərqlənir.
Dana dalağı bədən tərəfindən çox sürətlə sorulan dəmir baxımından olduqca zəngindir. Bu xüsusiyyəti sayəsində qırmızı qan hüceyrələrinin istehsalını artıraraq qanazlığı (anemiya) ilə mübarizədə mühüm rol oynayır.
Tərkibindəki yüksək B12 vitamini sinir sisteminin sağlamlığını qoruyarkən, sink və selenyum kimi minerallar immunitet sistemini gücləndirir və dərinin yenilənməsinə kömək edir. Eyni zamanda kalium və fosfor mənbəyi olduğu üçün əzələ funksiyalarını və bədənin elektrolit balansını tənzimləyir.
Yüksək keyfiyyətli protein tərkibi ilə əzələ və toxuma bərpasına dəstək olur. Bu, xüsusilə idmançılar və inkişafda olan uşaqlar üçün təbii və güclü bir qida mənbəyidir.
Dalağın sərtləşməməsi üçün düzgün bişirmə metodları seçilməlidir:
Izqara və ya Qovurma: Dilimlənərək müxtəlif ədviyyatlarla yüksək odda tez qızardıldıqda yumşaq qalır.
Buğlama və Pörtləmə: Təzə göyərtilər və soğanla birlikdə vam odda bişirildikdə öz şirəsini qoruyur.
Çörək arası və ya əzmə (pate) şəklində də təqdim edilə bilər.\\milli.az
