Lənkəranda ev yandı: Xəsarət alan varbackend

Lənkəranda ev yandı: Xəsarət alan var

Lənkəranda ev yanıb, xəsarət alan var.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m², 1-ci mərtəbəsi qaraj və anbar kimi istifadə olunur) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və qarajında dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*