Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə iki beynəlxalq müqaviləni ratifikasiya edən qanunları imzalayıb.
KONKRET.az xəbər verir ki, sənədlərdən biri də Belarus və Rusiya arasında vətəndaşların bərabər hüquqlarına dair 25 dekabr 1998-ci il tarixli müqaviləyə düzəlişlər edən protokoldur.
“Onun həyata keçirilməsi bir-birinin ərazisində daimi yaşayan Belarus və Rusiya vətəndaşlarına yerli seçkilərdə (yerli idarəetmə orqanlarına səs vermək və seçilmək üçün) qarşılıqlı əsasda iştirak etməyə imkan verəcək”, – deyə hesabatda qeyd olunub.
Dəniz Pənahova
KONKRET.az