Masallıda silah-sursat aşkarlandı – FOTObackend

Masallıda silah-sursat aşkarlandı – FOTO

Masallıda həbs olunmuş şəxs tərəfindən basdırılaraq gizlədilmiş silah-sursat aşkarlanıb.

KONKRET.az xəbər verir ki, həbs olunmuş şəxs tərəfindən gizlədilmiş silahın aşkarlanması barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin birgə əməliyyat keçirib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*