Norveç məhkəməsi ABŞ-nin Oslodakı səfirliyinin keçmiş mühafizəçisini Rusiya və İranın xeyrinə casusluqda ittiham edərək 3 il 7 ay həbs cəzasına məhkum edib.
KONKRET.az ISNA-ya istinadla xəbər verir ki, 28 yaşlı kişi 2024-cü ilin mart və noyabr ayları arasında ABŞ səfirliyinin mərtəbə planları və fəaliyyəti haqqında məlumat verməkdə təqsirli bilinib.
