Məkkə və Mədinədə yenidən COVID-19-la bağlı məhdudiyyətlər qüvvəyə mindibackend

Məkkə və Mədinədə yenidən COVID-19-la bağlı məhdudiyyətlər qüvvəyə mindi

Səudiyyə Ərəbistanının bütün dini məkanlarında, o cümlədən İslamın Məkkə və Mədinədə iki əsas ziyarətgahının ərazisində krallıqda koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar antiepidemik məhdudiyyətlər yenidən qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, bu barədə Saudi Press Agency məlumat yayıb.

Məkkədəki “Məscidül-Həram” və Mədinədəki “Peyğəmbər məscidi”ndə sosial məsafəyə riayət etməklə yanaşı, tibbi maskaların taxılması və ziyarətgahların ərazisində eyni vaxtda olan zəvvarların sayının məhdudlaşdırılması qaydaları qüvvəyə minir.

Eyni zamanda, dini məkanların əməkdaşları xüsusi nişanlanma xətləri ilə dindarların maneəsiz giriş-çıxışına nəzarət etməli olacaqlar. Məscidlərin daxilində və xaricində ibadət yerləri sosial məsafənin qorunmasını təmin edəcək şəkildə təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*