Son 5 ildə Azərbaycanda minimum pensiya 2.5 dəfə artıb, orta pensiya 2.4 dəfə artıb və ən hassas kateqoriyadan olan insanlarımız, sosial müavinət alan, əlilliyi olan insanlarımız, çox uşaqlı ailələr, yaşa görə müavinət alan insanlarımızın ödənişləri isə 5 dəfə artıb.
KONKRET.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib.
Nazir bildirib ki, bu artımların dinamikası göstərir ki, ölkəmizdə həyata keçirilən islahatların əsas istiqaməti məhz aztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanların gəlirlərinin artırılmasıdır.
“Əgər Azərbaycan dövləti 2018-ci ildə sosial müavinət və təqaüdlərə 300 milyon manat vəsait xərcləmişdisə, artıq bu rəqəm ötən il 1.9 milyard manata çatıb. 5 dəfədən çox artım olub. Bunun özü də dövlətimizin sosial yönümlü siyasətinin bariz göstəricisidir.
Təkcə bu ilin birinci rübündə müavinət və pensiya, ünvanlı yardım proqramları vasitəsilə vətəndaşlarımıza 2 milyard 183 milyon manat vəsait ödənilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz və ya 224 milyon manat çoxdur”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.

Yaşlıların penisyasini artirmisinizee.2 ci qrup əlillərin və yetim pulları artırın.ee may da geldi sizdən qərar gelmedi .ayıb olsunee.120 manatda yetimlərə çox görürsünüz ki bəsdir bir uşaq 120 manatla dolana bilərsə ele bu qərarı kimler veribsə olaraqda qismət olsun.İnsallah.
Cənab nazir mən artıq 1 ildən çoxdur ki ünvandlı sosial yardıma müraciət edirəm 3 övladım var. Ailəmiz 5 nəfərdən ibarətdir. 1 uşağım onkoloji xəstədir, kiçik uşağımında 1 yaşı var. Ailəmizin Maddi vəziyyəti çox acınacaqlıdır. Buna baxmayaraq bizim müraciətimizə biganə baxırlar və bizə heç bir sosial yadım göstərilmir. Biz bu ölkənin vətəndaşı kimi sizdən xaiş edirik ki bizim sosial yardımla bağlı müraciətimizə ötəri baxmıyasız