Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılarbackend

Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*