Milyonlarla manat dövlət vəsaiti hesabına tikilən Quba Olimpiya Kompleksi sökülürbackend

Milyonlarla manat dövlət vəsaiti hesabına tikilən Quba Olimpiya Kompleksi sökülür

Bir neçə gün bundan qabaq idman kompleksinin əsas korpusu da daxil olmaqla ərazidəki bütün yardımçı binaların da sökülməsinə başlanılıb.

Quba Olimpiya Kompleksi

Artıq kompleksin  əsas zalının qapıları, pəncərələri və içərisində olan idman qurğuları, həmçinin bütün konstruksiya çıxarılıb. Eyni zamanda, ərazidə olan digər yardımçı binalar və özülü tikiliərin də sökülməsi işləri davam etdirilir.

Hazırda olimpiya kompleksinin ərazisində söküntü işlərinə 100-ə yaxın işçi və xeyli sayda texnika cəlb edilib.

Kompleksin sökülmə səbəbi isə müəmmalı olaraq qalır. Ərazidə çalışan işçilər tikilinin bir iş adamına satıldığını bildiriblər. Qeyd olunub ki, idman kompleksinin yerində hotel və ticarət mərkəzi tikiləcək.

Quba Olimpiya Kompleksi

KONKRET.az bildirir ki, məsələ barədə Quba şəhər İcra hakimiyyətindən bölgə müxbirimizə binanın əsaslı təmir edildiyi söylənilib. Qeyd edək ki, idman kompleksi bir neçə il bundan öncə əsaslı təmir olunmuşdu. Qısa müddətdən sonra tikilinin yenidən əsaslı təmirə cəlb edilməsi isə müəmmalıdır.

Xatırladaq ki, Quba Olimpiya Kompleksi 2003-cü ildə tikilib istifadəyə verilmişdi.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*