Miqrantlar 1,5 milyard dollardan çox pulu vətənlərinə köçürdülərbackend

Miqrantlar 1,5 milyard dollardan çox pulu vətənlərinə köçürdülər

Pul köçürmələrinin həcmi 2018-ci ilin ilk səkkiz ayı ilə müqayisədə azalıb. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki,

2019-cu ilin yanvar-avqust aylarında Qırğızıstandan olan işçi miqrantlar ölkələrinə 1.570 milyard dollar köçürüblər. Qeyd edək ki,, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 173.7 milyon dollar azalıb.

Yalnız bu ilin avqust ayında xaricdə işləyən qırğızlar respublikaya 219.4 milyon dollar köçürüblər. Ay ərzində bu göstərici 5.3 milyon, ötən ilin iyul ayı ilə müqayisədə isə 17 milyon dollar azalıb.

Ölkəyə köçürülən pul kütləsinin böyük hissəsi Rusiyadan gəlir. Qırğızıstan Milli Bankının məlumatına görə, “rus pulunun” xüsusi çəkisi 90 faizdən çoxdur. Rəqəm baxımından məbləğ 1.539 milyard dollara çatır.

Transferlərin həcminə görə reytinqdə ikinci yeri ABŞ tutur. Bu ölkədən pul köçürmələrinin həcmi 20.8 milyon dollara çatıb. Digər ölkələrdə yaşayanlar Qırğızıstana 9.9 milyon dollar köçürüblər.

Milli Bankın statistikasına əsasən, 2019-cu ilin yanvar-avqust ayları arasında ölkədən vəsait axını müşahidə olunur. Bu rəqəm artıq 335.9 milyon dollara çatıb, bunun çox hissəsi Rusiyaya aiddir – 332.7 milyon dollar. Ona görə də 2019-cu ilin ilk səkkiz ayı ərzində Qırğızıstana köçürmələrdən xalis pul axını 1.234 milyard dollar təşkil edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

2018-ci ilin nəticələrinə görə, ölkəyə edilən pul köçürmələrinin həcmi 2.885 milyard dollara çatmış, 542.2 milyon dollar isə Qırğızıstandan digər ölkələrə köçürülmüşdür. Sonda qeyd edək ki, Qırğızıstan pul köçürmələrinin ÜDM-ə nisbəti həcminə görə dünya ölkələri sıralamasında birinci yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*