Miqrantların ölkədən deportasiya edilməməsi üçün qanun qəbul ediləcəkbackend

Miqrantların ölkədən deportasiya edilməməsi üçün qanun qəbul ediləcək

Rusiyada miqrantların ölkədən çıxarılmasını 150-200 saat müddətinə məcburi işlə əvəz etmək istəyirlər.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, cəzanın dəyişdirilməsi haqqında qərar hakim tərəfindən əcnəbinin şəxsiyyəti, ailə vəziyyəti, fəaliyyət növü və digər hallar nəzərə alınmaqla qəbul edilə bilər.

Cəzanın dəyişdirilməsi haqqında qərar hakim tərəfindən əcnəbinin şəxsiyyəti, ailə vəziyyəti, ölkədə gözlənilən ömür uzunluğu, fəaliyyət növü və digər hallar nəzərə alınmaqla qəbul edilə bilər.
Qeyri-ənənəvi cinsi əlaqəni təbliğ edənlərə, cinsiyyətini dəyişdirənlərə və pedofillərə bu, şamil edilməyəcək.
Dəyişikliklər hələ qəbul edilməyib, lakin Dövlət Dumasının Dövlət Tikinti və Qanunvericilik Komitəsi tərəfindən layihə təsdiqlənib. Deportasiyadan yayınan miqrantlat da belə güzəştlərdən istifadə edə bilməyəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*