Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqumuz var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində bildirib.
“Müxtəlif nazirlikləri demirəm. Deməli, dialoq heç bir ilkin şərt olmadan olub və davam edir. Eyni zamanda, türkiyəli vəzifədaşlarımız Ermənistan-Azərbaycan münasibətləri normallaşana qədər prosesi başa çatdıra bilməyəcəklərini – sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını da vurğulayırlar”.
İndi bu həyata keçirilib. Ermənistan-Azərbaycan sülh sazişi paraflanıb. Onun mətni ilə bağlı heç bir mübahisə yoxdur. Mən şəxsən nə Ermənistan-Türkiyə sərhədinin açılmasında, nə də Ermənistan-Türkiyə diplomatik münasibətlərinin qurulmasında heç bir problem görmürəm.
Bunu türkiyəli vəzifədaşlarımız da təsdiqləyiblər. Onlar hazır olduqlarını bildirirlər və faktiki olaraq sərhədləri açmağa, dəmir yolu xidmətini bərpa etməyə, birbaşa ikitərəfli ticarəti bərpa etməyə hazır olduqlarını nümayiş etdirirlər. Ona görə də inanıram ki, qarşıdakı həftələrdə və aylarda bu istiqamətdə çox nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik. Bu, bilmirəm, ən çoxu bir neçə aydır. Bu mənim anlayışımdır. İşlərin necə olacağını görəcəyik”, – Ermənistan XİN rəhbəri bildirib.