Moldova MDB sazişindən ÇIXDIbackend

Moldova MDB sazişindən ÇIXDI

Moldova hökuməti MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi üzrə informasiya mübadiləsi haqqında sazişi denonsasiya (fr. dénoncer – “pozmaq”) etmək qərarına gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qərarı daxili işlər naziri Anna Revenko təqdim edib.

Nazirin sözlərinə görə, Moldovanın belə məlumat mübadiləsinə ehtiyacı qalmayıb, çünki Ukrayna MDB-dən çıxır və respublikanın digər Birlik ölkələri ilə ümumi sərhədi yoxdur.

Baş nazir Dorin Reçan deyib ki, denonsasiya ilə bağlı qərar parlamentdə təsdiqlənməlidir.

Xatırladaq ki, 2023-cü ilin fevralında Reçan Moldovanın MDB çərçivəsində imzalanmış bir sıra sazişlərin denonsasiyası üzrə işə başladığını bildirib. Onun fikrincə, respublika MDB-dən möhkəm yapışmamalıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*