Moskva üç ölkəyə işarə etdi, “ciddi risk yaradır” dedibackend

Moskva üç ölkəyə işarə etdi, “ciddi risk yaradır” dedi

“ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları ciddi radioloji risklər yaradır”.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, İrana qarşı başlanan hərbi kampaniya ölkənin mülki əhalisi və infrastrukturu, eləcə də regional və qlobal iqtisadiyyat üçün ağır nəticələrə səbəb olur.

Qeyd edək ki, martın 3-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin İsrailin Tehran yaxınlığında yerləşən gizli nüvə obyektinə zərbə endirdiyini açıqlayıb. O, bunun yerli alimlərin kütləvi qırğın silahları hazırladığı iddia edilən “Minzadehi” bazası olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*