Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasına əsasən, 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş ukraynalı müğənni Camala (əsl adı Susana Camaladinova) cinayət maddəsi ilə axtarışa verilib.
KONKRET.az xəbər verir ki, məlumat bazasında deyilir ki, “Camaladinova Susana Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.
Qeyd edək ki, 2019-cu ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Camalanın Soçi və Moskvada korporativ tədbirlərdə çıxış etməsi məlum olduqdan sonra Ukraynada qalmaqal yaranıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az