Mozambik Respublika Assambleyasının sədri Margarida Talapa Azərbaycana işgüzar səfərə gəlib.
KONKRET.az xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Respublika Assambleyasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
