Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Ermənistanla bağlı vəziyyətdə Rusiyanın iştirak etdiyi inteqrasiya birliklərinə qarşı məqsədyönlü addımlar müşahidə edir.
KONKRET.az xəbər verir ki, Uşakov “Primakov oxunuşları” forumunda çıxışı zamanı qeyd edib ki, bəzi qüvvələr, “qaydalara əsaslanan nizam” tərəfdarları Rusiyanın iştirak etdiyi inteqrasiya qurumlarına zərbə vurmağa çalışırlar.
“Eyni zamanda, əsrlər boyu yanaşı yaşayan, bir-birinə yardım edən xalqların tarixini və coğrafiyasını yenidən nəzərdən keçirməyin mümkün olduğu barədə illüziya yaradan təsəvvürlər aşılanır”, – deyə Uşakov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
