Polşanın xarici işlər naziri Sikorski deyib ki, Ukrayna daha üç il mübarizəni davam etdirəcək.
KONKRET.az-ın xəbərinə görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Qərb Ukraynaya aktiv dəstəyini davam etdirməlidir, çünki Kiyev daha üç il mübarizə aparmağı planlaşdırır.
O, NATO ölkələrini Kiyevi daha çox sursat və zenit silahları ilə təmin etməyə və bütövlükdə Avropanı Rusiyanın zərbəsi ehtimalına hazırlamağa çağırıb.
Buna cavab olaraq Moskva “Ukraynanın ağası olmadığını” və ölkənin daha üç il mübarizə aparmağa heç nəsinin qalmayacağını bəyan edib.
Dəniz Pənahova
KONKRET.az