Muzey kimi fəaliyyət göstərəcək “Şuşa” həbsxanasında işlər aparılır – VİDEObackend

Muzey kimi fəaliyyət göstərəcək "Şuşa" həbsxanasında işlər aparılır - VİDEO

1988-ci ildə “Şuşa” həbsxanasında vəzifəyə gələrkən ermənilər buna qarşı çıxdılar və Moskvada təkidlə mənim erməniəsilli digər şəxslə əvəz olunmağım tələb edildi”.

KONKRET.az xəbər verir ki, bu sözləri “İTV Xəbər”ə müsahibəsində “Şuşa” həbsxanasının keçmiş rəisi Aydın Abbasov deyib. O bildirib ki, Serj Sarqsyan da daxil olmaqla digər erməni rəhbər şəxslər müxtəlif bəhanələrlə məhbusların azad olunması üçün yollar axtarıblar:

“Onlar cəzaçəkmə müəssisəsinin məhbuslarını azərbaycanlılara qarşı təxribatçı kimi hazırlamağı qarşılarına məqsəd qoymuşdular. Erməni işğalından sonra uzun müddət əsarətdə qalan “Şuşa” türməsi isə işgəncə məkanına çevrilir”.

Qeyd edək ki, bu gün azadlığına qovuşan həbsxana muzey kimi fəaliyyətini davam etdirəcək.
Hazırda bu istiqamətdə işlər aparılır.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*