Myanmada toqquşmalar – Əhali Tailanda köçürbackend

Myanmada toqquşmalar - Əhali Tailanda köçür

Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib.

KONKRET.az xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib.

“Hazırda Myanmadan olan 3 minə yaxın qaçqın Tailanda köçüb, onların hamısı Daxili İşlər Nazirliyinin əməkdaşlarının himayəsindədir”, – nazir bildirib.

Qeyd edək ki, döyüşlər Myanmanın Tailandla sərhəd Myavadi şəhəri ərazisində gedir.

Pittanukonun sözlərinə görə, Tailand münaqişə tərəfləri arasında danışıqlar prosesində vasitəçi olmağa hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*