“Ukraynanın döyüş meydanında qələbəsi NATO-nun ən böyük qorxusudur”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla ABŞ-ın Avropadakı NATO qoşunlarının keçmiş komandanı, ordu generalı Filip Bridlav çıxış edib.

“Biz Qərbdə Ukraynanın qələbəsindən qorxuruq. Çünki Putin bizim münaqişənin əvvəlində səsləndirdiyimiz mövqedən dönə-dönə istifadə edir. Biz nüvə eskalasiyasından və Avropada müharibənin yayılmasından narahatıq”, – general deyib.
Bridlav vurğulayıb ki, Putin ABŞ-a təsir edən mühafizə ritorikasından istifadə edir.
Nəticədə ABŞ Ukraynaya çox məhdud şəkildə kömək edir və bu, Rusiyanın təhlükəsizliyini təmin edir.
General qeyd edib ki, ABŞ Ukraynaya o qədər silah verir ki, o, döyüş meydanında məğlub olmayacaq. Ancaq eyni zamanda, ona qalib gəlməsi üçün lazım olanı vermir.
Qeyd edək ki, qışdan bəri NATO və onun müttəfiqləri Ukraynaya görünməmiş hərbi yardım edib. Müvafiq bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

O bildirib ki, söhbət yeni silahlar və ehtiyat hissələrdən gedir. Bundan əlavə, alyans rəhbəri Ukrayna hərbçilərinin hazırlığını da qeyd edib.
İqbal Rzayev,
KONKRET.az
