Norveç kralı V Harald infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə KONKRET.az xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, krala infeksiya diaqnozu qoyulub və buna görə də bir neçə gün xəstəxanada qalacaq. Hazırda onun vəziyyəti stabildir.
Məlumata görə, o, xəstəlik səbəbindən mayın 8-də keçiriləcək təntənəli mərasimdə iştirak etməyəcək.
Qeyd edək ki, V Haraldın 86 yaşı var. O, 2022-ci ilin avqustunda da infeksiyaya görə xəstəxanaya yerləşdirilib.
İqbal Rzayev,
KONKRET.az
