Bakı-Quba yolunda avtomobil yanıb.
KONKRET.az xəbər verir ki, “unikal”ın məlumatına görə, Quba istiqamətində olan yeni ödənişli avtomagistralda hərəkətdə olan “Mercedes” avtomobili anidən tüstüləməyə başlayıb. Nəqliyyat vasitəsinin sürücüsü dərhal avtomobili yol kənarına çəkərək saxlamağa müvəffəq olub. Avtomobillərdə olan şəxslər nəqliyyat vasitəsini tərk edib. “Mercedes”in mühərrik hissəsində tüstülənmədən sonra yanğın baş verib.
Xəsarət alan olmayıb.
