Özbəkistanda kimya zavodunda partlayış baş verdibackend

Özbəkistanda kimya zavodunda partlayış baş verdi

Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində kimya zavodunda partlayış baş verib.

KONKRET.azTASS”a istinadən xəbər verir, bu barədə Daşkənd vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kimya zavodunda yanğın, daha sonra isə partlayış baş verib.

“Bu gün səhər saat 8:30 radələrində Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən “Maksam Çırçik” müəssisəsinin 5 saylı zavodunun ammonyak sintezi sexində partlayış baş verib”, – məlumatda deyilir.

Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, “Maksam-Çırçik” ASC Azot gübrələrinin istehsalına görə Özbəkistanda ikinci yeri tutur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*