Özünü Allah elan edən qırğıza cinayət işi açıldıbackend

Özünü Allah elan edən qırğıza cinayət işi açıldı

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstan Daxili İşlər Nazirliyi özünü Tanrı elan edən Arstanbek Abdıldayevin (Arstan Alay) çıxışı ilə bağlı cinayət işi açıb.

İş Cinayət Məcəlləsinin “İrqi, etnik, milli, dini və ya bölgələrarası düşmənçiliyə (ixtilaf) təşviq etmə” maddəsi ilə qiymətləndirilir.

Qeyd edək ki, Arstan Alay sentyabr ayının sonlarında verdiyi müsahibədə özünün ilahi təbiətini açıqlamışdı.

“Allah bir insana universal enerji bəxş etdi . Və buna görə də özümü yeni Tanrı hesab edirəm! Yuxarıdan mənə verilən missiyanı yerinə yetirirəm”, – deyə o bildirmişdi. O, 2020-ci ildə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun istefaya göndəriləcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*