Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatır – YENİLƏNİBbackend

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatır - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

23:34

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, qidadan zəhərlənmə şübhəsi ilə 27 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

21:52

Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.

KONKRET.az.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 5-i uşaqdır.

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”, – deyə TƏBİB-dən məlumat verilib.

Zəhərlənən şəxslərin hamısı şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

18:48

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı – 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.

Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*