Maradonanın “Qızıl top”u hərraca çıxarılacaqbackend

Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qazandığı “Qızıl top” hərraca çıxarılacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, açıq satış iyunun 6-sı Fransada baş tutacaq.

2022-ci ildə Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu top hərracda 2 milyon funta satılıb. Bundan başqa, həmin il argentinalının matç zamanı geyindiyi forma 9,28 milyon dollara öz sahibinə qovuşub.

Qeyd edək ki, D.Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*